Şou-biznes
Qadın aparıcılar Ofeliyanı verilişlərə çağırmırlar – Şərt qoyublar

Son günlərin ən danışılan sənətçisi Ofeliya Şabanova “Maqazin Plus” da qadın aparıcılarının onu bəyənmədiyini və aparıcılıq etdikləri verilişlərə qonaq kimi onu dəvət etmədiklərini bildirib. Həmzə Məmmədlinin suallarını cavablayan xanım sənətçi aparıcıların ona şərt də qoyduqlarını açıqlayıb.
Qlobal.net xəbər verir ki, müğənni bildirib ki, çaqqal süfrəsində oturmur:
“Məni qadın aparıcıların bir çoxu bəyənmir. Məni onların verilişlərində görmüsünüz? Özüm də bilmirəm niyə?
Bir qadın aparıcı var. Müğənni demişdi ki, Ofeliya ilə gəlmək istəyirəm. Demişdi ki, Ofeliya nə vaxt qadınların tərəfini tutar, o vaxt gələr verilişimə. Utan, ayıb olsun sənə”.