Cəmiyyət

Arvadını və 4 qızını öldürüb başlarını kəsdi, yaşadıqları evin zirzəmisində basdırdı – Salyandakı qətliamın TÜKÜRPƏDƏN TƏFƏRRÜATI

Bu dəhşətli hadisənin üstündən 11 il keçir. Elə bir hadisədən danışırıq ki, bu, bizə təkcə Azərbaycanda baş verdiyi üçün maraqlı deyil. Bu hadisənin filmi çəkilsə, okeanın o tayındakı bir insanın da ağzıaçıq qalar.

Qlobal.net xəbər verir ki, söhbət 2014-cü ildə Salyan şəhəri Tale Davudzadə 13 ünvanında da baş verən dəhşətli qətldən gedir.

Günlərin bir günü bu evdə yaşayan ailə Salyandan yoxa çıxır və bu hadisə 3 il 10 ay heç kəsi xüsusi narahat etmir. Bu səbəbdən də dəhşətli üsulla, ağlasığmaz səbəbdən törədilən bu qətl 4 ilə yaxın bağlı qalır… Açılma səbəbi isə…

Açılma səbəbi isə tamam ayrı bir filmin mövzusudur. Gedək, həmin illərə… Həmin ilə qədər – 2014-cü ilədək 60 yaşlı Əliyev Fərhad Məhərrəm oğlu 4 qızı və yoldaşı ilə Salyan şəhəri Zavod məhəlləsi adlanan yerdə yaşayırdılar. Yeganə oğulları Fəqan Əliyev isə Tərtərdə hərbi xidməti başa vurub gəlmişdi. İşsiz idi… Fərhad həyat yoldaşı 1961-ci il təvəllüdlü Mehparə Əliyeva ilə 1983-cü ildə ailə qurub. Onların 5 övladı doğulub. Mehparə Salyanda üzüm sahələrində günəmuzd fəhləlik edirmiş. Ailənin maddi yükü Mehbarənin çiynində olur… 1985-ci il təvəllüdlü qızları İradə Əliyeva Kral adlı mağazada satıcı işləyirdi. Digər qızları 1987-ci il təvəllüdlü Sevda isə çörək sexində çalışırdı. 1991-ci il təvəllüdlü qızları Ümidə marketdə satıcı, 1998-ci ildə doğulan, hadisə törədiləndə azyaşlı olan Rəqibə isə hələ 9-cu sinifdə oxuyurdu… 1989-cu il təvəllüdlü oğullarıə Fəqan isə az əvvəl qeyd etdiyim kimi hələki hərbi xidmətdə idi…

Son vaxtlar ailənin sahibi Fərhad Əliyev spirtli içki qəbul edir, ailəsinin işləməsinə qarşı çıxırmış. Lakin özünün də işi yox imiş. Qonşularında yaşayan Fərhadın qardaşı Rais dəfələrlə məsələyə müdaxilə etməyə çalışsa da, sonda Fərhad onu acılayır, ailə işlərinə qarışmağı qadağan edir və bununla da Raisin Fərhadla münasibətləri bitir. Fərhadın arvadı Mehparənin qardaşı Elnur deyir ki, dəfələrlə bacısının evindəki dava zamanı ora gedib. Bəlli olub ki, bacısı ərinin pul qazanmamağından narazıdır.

İstintaq materiallarındakı Fərhadın çıxışlarına da nəzər salaq. Fərhad deyir ki, 2010-cu ilə qədər ən ağır işlərdə çalışıb, pul qazanıb. 2009-cu ildə oğlu əsgərlikdən gələndən sonra ona Salyanda lağ etməyə başlayıblar. Analarının, bacılarının işləməsi, evə gec gəlməsi və haqqında yayılan söz-söhbətləri əsas gətirərək Fəqanı ələ salıblar. Bu hadisələrdən sonra ailəsi barədə bədgüman olan ata spirtli içkilərə qurşanıb. 2010-cu ildən etibarən böyük qızları İradə və Ümidənin telefon işlətməsi də atanın hiddətini artırıb.

Davamı videomaterialda…

Related Articles

Bir cavab yazın

Back to top button