“OBA”da partlayış: yaralılar var

“OBA”da partlayış: yaralılar var

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. 

Qlobal.net xəbər verir ki, bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat yayıb.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. 

Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button