Şou-biznes

Sahibdən Manafa SƏRT CAVAB: Mən peşəkar olamaqçün 2 universitet bitirmişəm, Qarabağ qazisiyəm, sən kimsən?

Manaf Ağayevə və Əməkdar artist Sahib İbrahimov arasında qalmaqal səngimir.

Qlobal.net xəbər verir ki, Manaf son açıqlamasında ona “Sahib, sən kimsən? Tacir kimi oxuya bilərsən” sualına cava gecikməyib..

Ona cavab olaraq S. İbrahimov kim olduğunu açıqlayıb:

“Manaf, mən peşəkar müğənniyəm. Peşəkar müğənni olmaq üçün iki ali məktəb bitirmişəm, 26 yaşında Rəşid Behbudov teatrının solisti olmuşam, 27 yaşında Azərbaycan Dövlət Muğam Teatrının solisti olmuşam, 2000-ci ildə Almaniyada böyük sənətkarlarımız Möhnət Müslümov və Fəxrəddin Dadaşovla “Sarı gəlin” adlı diskim çıxıb, Avropada böyük tirajla satılıb. Sadəcə olaraq, mən bir az özümlə bağlı səhlənkaram, öz işlərimi göstərən adam deyiləm. 18 ildir müəllim işləyirəm, I Qarabağ Müharibəsi qazisiyəm. “

Qeyd edək ki, Sahib İbrahimov şou-proqramların birində “Manafla Taciri bir tutmayın. Onları bir tərəziyə qoymayın. Tacir məktəbdir. Manafa hörmətim var, amma o, məktəb deyil” fikirlərini səsləndirmişdi.

M.Ağayev S.İbrahimovun onu digərləri ilə müqayisə etməsini xoşagələn hal  kimi qəbul etməyib:

“Sahib deyir ki, Manafla Taciri bir tərəziyə qoymayın. Niyə? Tacirin hansı ifası məndən üstündür. Onun oxuduğu qədər oxuyaram. Amma siz görün Sahib Tacir kimi oxuya bilərmi? Əlbəttə ki,yox.”

Related Articles

Bir cavab yazın

Back to top button