
Müğənni Kəmalə Günəşli Xalq artisti Aygün Kazımova ilə bağlı etiraf edib.
Qlobal.net xəbər verir ki, Kəmalə bildirib ki, Aygün Kazımova mahnıları ilə böyüyüb:
“Həqiqətə qalsa Aygün Kazımova mahnıları ilə böyümüşük də. Etiraf edirəm. Efirdə demişəm, istəyərəm Divanın yerində olum. Zaur sağ olsun, onu elə fırlatdı ki, gətirdi qalmaqala çıxardı. Bəzən efirdə reytin naminə nələrsə deyirik, edirik. Görsəm Aygun mikrafonla gəlib mənlə yarışmağa, çıxacam aradan”.
Qeyd edək ki, Kəmalə Günəşli “Rəngarəng” verilişində “Aygün Kazımovanın nə boyda sənəti var ki” açıqlaması geniş müzakirələrə səbəb olub. Bu açıqlamasından sonra ona televiziyalarda qadağa qoyulub.
Ətraflı videoda: