
Müğənni Dilarə Kazımova döymələrindən danışıb.
Qlobal.net xəbər verir ki, müğənni bildirib ki, bədənində 13 döyməsi var. İki döyməsi isə tam hazır deyil.
O heç bir döyməsinə görə peşimanlıq yaşamadığını deyib:
“Çalışıram heç vaxt peşiman olmayım. İlk döyməm sol biləyimdədir. “Rubinik on-of”. Yəni mən öz beynimi yandırıb, söndürə bilirəm. Sağ qolumdakı döymə “Balans”dır. Balansdan çıxan insanam. Etdirmişəm ki, balansda qalım. Döymələrim bədənimin görünən yerində deyil. Bütün döymələrim məna daşıyır. Həyatımda hansısa çətin məqamları keçəndən sonra onu özümdə daşımaq istəyirəm. Onun döyməsin etdirirəm ki, yadımda qalsın, o anları unutmayım”.
Müğənni bildirib ki, iki döyməsi hazırda yarımçıqdır. Onalar canavar döyməsidir. “İçimdə o canavar var və mənə kömək edir”.