
1970-ci ildə Qubada elə bir hadisə baş verir ki, nəinki ölkə rəhbərliyi, SSRİ Baş Prokurorluğu da birbaşa işə qarışmalı olur.
Çünki rayonun Zizik kəndində qayınana, yanında körpəsi yatan 18 yaşlı gəlin və cəmi bir günün gəlini olan digər 18 yaşlı qadın amansızlıqla qətlə yetirilir. Onlar hamısı balta və bıçaqla öldürülür, gəlinlərdən birinin döşü kəsilərək, əmzik əvəzi körpəyə verilir. Evin oğlu, Vaqif isə yoxa çıxıb…
Qlobal.net xəbər verir ki, bu insanlığa sığmayan hadisə hər kəsi dəhşətə gətirir. Hadisə SSRİ baş prokuroru Roman Rudenko tərəfindən nəzarətə götürülür.
Qaydaya görə, belə hadisələr barəsində dərhal mərkəzə Moskvaya və respublika rəhbərliyinə rəsmi məlumat verilirdi. Həm də bu hadisədən bir müddət əvvəl Qubada başqa ailə faciəsi yaşamışdı.
Molla ailəsi ilə birlikdə öldürülmüşdü və həmin cinayətin üstü hələ açılmamışdı. Bu hadisə də SSRİ Baş Prokurorluğuna məlum idi. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzuman Zülfüqarovun rəhbərliyi altında əməliyyat qrupu yaradılır. Əslən qonşu Qusar rayonundan olan Zülfüqarov əvvəllər Quba rayonunda milis şöbəsinin rəisi işləmişdi. Təcrübəli əməliyyatçı idi. Ərazinin əməliyyat şəraitini mükəmməl bilirdi. Yaradılan istintaq qrupunun tərkibinə prokuror Anyor Ağalaroviç Qurbanov, milis şöbəsinin müstəntiqi Mirzəbəyov və prokurorluğun müstəntiqləri daxil edilir. Respublika Prokurorluğunda isə cinayət işinin istintaqı prokurorluğun mühüm işlər müstəntiqi İkram Kərimova tapşırılır. O, doqquz aya yaxın idi ki, mühüm işlər müstəntiqi vəzifəsində işləyirdi.
Həmin vaxt respublika prokurorunun istintaq sahəsini kurasiya edən müavin Cəfər Vəliyev sonralar o, Respublika Daxili İşlər naziri vəzifəsində çalışıb, İkram Kərimovu kabinetinə çağırır. Deyir ki, Qubada dəhşətli ölüm hadisəsi baş verib, bir ailəni qırıblar. Moskvadan da bu iş dərhal nəzarətə götürülüb. SSRİ baş prokuroru Roman Rudenkonun köməkçisi Bakıya gəlir. Təcili Qubaya getmək lazımdır.
İstintaqla ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir. Onlar 55 yaşlı qaynana Məmmədova Səbirə Səfər qızı, 18 yaşlı gəlin Əhmədova Sədaqət Məhəmməd qızı, yenə 18 yaşlı digər gəlin Məmmədova Gülüstan Əhməd qızı idi. Ana ilə gəlinin biri yaşadıqları ikimərtəbəli evin birinci mərtəbəsində kəsici alətlərlə balta və bıçaqla çoxlu sayda zərbələr endirilməklə öldürülmüşdülər, digər gəlin tək yatdığı otaqda çoxsaylı balta zərbələri ilə qətlə yetirilmişdi. Hadisə yerinin müayinəsi və istintaqın nəticəsi göstərirdi ki, gəlin qətlə yetirilərkən yataq paltarında ayaq üstə qatillərə müqavimət də göstərib. Həmin gəlin təxminən 10 gün olardı ki, ailənin kiçik oğlu Vaqiflə evlənmişdi. Müqavimət göstərən gəlinin barmağında olan nişan baltanın zərbəsindən zədələnmiş bir hissəsi kəsilmişdi.
Müstəntiq İkram Kərimov hadisə yerinə çatanda, həyətə girəndə bir qadın ağlaya ağlaya qabağına çıxır, əlində də nişan üzüyü. Deyir, bu, 10 günün gəlinin nişan üzüyü idi. Üzüyü onun əlindən alanda İkram Kərimov görür ki, üzüyün müəyyən bir hissəsində kiçik bir zədə var. Kəsici alətlə endirilən bu zərbə müstəntiqin diqqətini cəlb edir. İkram Kərimov bildirir ki, çox güman ki, məhkəmə tibb ekspertinin səhvi idi ki, üzüyü araşdırmamışdı və meyiti yuyanda həmin üzüyü anasına təhvil vermişdilər. Müstəntiq isə tez üzüzüyü rəsmiləşdirib götürür. Hadisə yerinin ilkin araşdırması zamanı müəyyən olunur ki, qatil, yaxud qatillər evin ikinci mərtəbəsinə qalxıb qapını açmaq istəyib. Bu alınmayanda həyətə enib nərdivanla yardımçı binanın damına qalxıb, ordan pəncərəni sındırılıb və otağa daxil olub. Burada ayaq üstə olan gəlin balta ilə harasından gəldi vuraraq qətlə yetirib.
Davamı TV11-in videomaterialında…