Nigardan Aqşinə CAVAB: Onun bir ömür boyu ifa etdikləri Gülüstan xanımın bir mahnısı etməz

Əməkdar artist Nigar Şabanova həmkarı Gülüstan Əliyevanın müdafiəsinə qalxıb və meyxanaçı Aqşin Fatehə cavab verib.
Qlobal.net xəbər verir ki, N.Şabanova bildirib ki, sənətkara o status verilibsə, demək ki, sıradan müğənnidən qat-qat üstündür:
“İçində biz kiçiklər olmaqla, böyük sənətkarlara dil uzatmağa heç birimizin ixtiyarı yoxdur. Toxunulmaz sənətkarlarımız var. Aqşin Fatehin bir ömür boyu ifa etdikləri Gülüstan xanımın ifa etdiyi tamaşalardan biri etmir. Sənətkara dil uzatmaq olmaz. Böyük kiçiyi danlayar, kiçiyin də mədəniyyəti olar böyüyün sözünə qulaq asar. Gülüstan xanım dövlət tədbirlərində çıxış etmiş böyük sənətkardır, muğamımıza, incəsənətimizə illərini vermiş sənətkardır. Onun hər birimizə fikir söyləməyə ixtiyarı var. Sənətkarlarımıza dəyər verək”.
Ətraflı videoda: