Şou-biznes

Aqşin bu dəfə də Əli Mirəliyevə hörmətsizlik etdi: Sən kimsən axı, get işinlə məşğul ol…

Müğənni Əli Mirəliyev “Rəngarəng” verilişinə telefon zəngi ilə qoşularaq meyxanaçılar Aqşin Fatehlə İfrat Dünyamalıyevin oxuduqları mahnıya münasibət bildirib.

Qlobal.net xəbər verir ki, meyxanaçıların həmin mahnını “əsər” adlandırması Əməkdar artist Gülüstan Əliyeva kimi Əli Mirəliyevin də etirazına səbəb olub.

Müğənninin bu fikirləri ilə bağlı meyxanaçıya irad bildirməsi Aqşin Fatehi özündən çıxarıb və Əməkdar artistə olduğu kimi Ə.Mirəliyevə qarşı da hörmətsizlik edib:

“Səni heç kim tanımır, sənətçilərə necə qiymət verirsən? Əli müəllim, gedin özünüz üçün oxuyun. Hansı bir əsəriniz ortalığa çıxıb, hansı populyar mahnınız olub? Hansı milyonların sevgisini qazanmısız? Hansı haqla birinə əsər, birinə biabırçılıq deyirsiniz. Gündəmə necə gəlmisiniz, necə məşhurlaşmısınız, biilirik. Üzeyirlə, digərləri ilə qarpışa-qarpışa, tənqid edə-edə tanınmısınız. Gənclərə bu qədər paxıllıqla, qısqanclıqla baxmaq olmaz”.

Daha ətraflı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button