Şou-biznes

Röya çox gözəl qadındır, nə istəyirsə, qoy desin – Ayaz Salayev

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. Bundan sonra Röya Ayxan isə “İnstagram” hesabında video yayaraq A.Salayevin ünvanına sərt sözlər deyib.

Qlobal.net xəbər verir ki, manşet.az məsələ ilə bağlı Ayaz Salayevlə əlaqə saxlayıb.

O, bildirib ki, Xalq artisti Röya Ayxana hörmətlə yanaşır: “Mən artıq Röya ilə bağlı heç nə deməyəcəyəm. Röya çox gözəl qadındır. Mənim onunla problemim yoxdur. Onun “mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın” deməsi qətiyyən, mənə təsir etmədi. Nə istəyirsə, qoy desin. Mənə xoşdur”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button