Yazıçının itkin düşmüş oğlu tapıldı – FOTO (YENİLƏNİB)

Yazıçının itkin düşmüş oğlu tapıldı – FOTO (YENİLƏNİB)

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

Bu barədə yazıçı sosial mediada məlumat yayıb. O, oğlunun harada tapılması barədə açıqlama verməyib.

***

Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.

Qlobal.net xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur.  Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirilib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Back to top button