Bəy toy gecəsi gəlini o qədər döydü ki…

Bəy toy gecəsi gəlini o qədər döydü ki…

Almaniyada bəy toydan sonra gəlini döydükdən sonra toy gecəsini polis nəzarətində keçirib.

Hadisə martın 21-də Visbadendə baş verib. Cütlük toydan bir neçə saat sonra yüksək səslə mübahisə etdiyi üçün qonşular əvvəlcə təcili yardım çağırıblar.

Sərxoş bəy polis gələnə qədər qaçıb, lakin axşam saat 9 radələrində küçədə tanımadığı şəxsə bibər qazı ilə hücum etdiyi üçün həbs edilib. Polis əməkdaşları zərərçəkənə köməklik göstərib və xuliqanı şöbəyə aparıblar, lakin sonra buraxıblar.

Bir-iki saat sonra 38 yaşlı kişi sevgilisi ilə yenidən mübahisə edib və bu dəfə onun üzü parçalanana qədər vurub. Nəticədə o, həbs olunub. (Lent.az)

Related Articles

Bir cavab yazın

Back to top button