Yaxın 2 gün ərzində… – XƏBƏRDARLIQ
Bu barədə Qlobal.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.3, dəm qazı 1.5, azot-4 oksid 1.3, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan yüksək müəyyən edilib. Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.