Aloe vera sabununun faydaları
Aloe vera sabununun faydaları
Dəriyə olan təsiri ilə ən çox sevilən təbii məhsullardan biri olan aloe vera bu dəfə qarşımıza tamam fərqli formada çıxır: aloe vera sabunu kimi! Son zamanlarda adını tez-tez eşitdiyimiz aloe vera sabunu artıq sizin də qarşınıza tez-tez çıxmağa başlayıbsa, “Aloe vera sabunu nədir?”, “Faydaları nələrdir?” deyə düşünürsünüzsə, aşağıda bu sualların hamısının cavabını tapa bilərsiniz.
Qlobal.net bildirir ki, Aloe veranın təbiigel halını maskalarda, kremlərdə və məlhəmlərdə görməyə öyrəşmişdik. Amma bu dəfə sabun forması ilə bizləri təəccübləndirməyə davam edir. Görək təsirləri haqqında öyrəndikdən sonra siz nə düşünəcəksiniz?
Buyurun, aloe vera sabunu nə işə yarayır, zərərləri və istifadəsi haqqında ətraflı danışaq.
Aloe vera sabunu nədir?
Aloe vera sabunu – adından da bəlli olduğu kimi – əsas tərkibində aloe vera bitkisi olan sabun növüdür. Aloe vera yarpaqlarının içindəki jel toplanır və sabun hazırlanmasında istifadə edilir. Tərkibindəki digər maddələrə görə sabunun rəngi də dəyişə bilər – adətən ağdan yaşıl tonlarına qədər olur.
Bu sabun nəmləndirici, sakitləşdirici və yeniləyici xüsusiyyətlərə malikdir. Lakin dərisində xüsusi bir problemi olan şəxslər istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Aloe vera sabununun faydaları nələrdir?
-
Dərini nəmləndirir.
-
Dərini yumşaldır və hamarlaşdırır.
-
Uzun müddətdə sızanaq yaranmasının qarşısını ala bilər.
-
Günəş yanıqları kimi problemlərdə sakitləşdirici təsir göstərir.
-
Qızartı və qaşıntını azalda bilər.
-
Dəri tonunun bərabərləşməsinə kömək edir.
-
Hüceyrə yenilənməsini sürətləndirə bilər.
-
Yaşlanma əleyhinə təsiri olduğu deyilir.
-
Egzema, sədəf kimi dəri xəstəliklərinə də yaxşı təsir edə bilər. (Amma həkimlə məsləhətləşmədən istifadə etməyin!)
-
Dərinin məsamələrini təmizləyir.
-
Qara nöqtələrin qarşısını alır.
-
Kəsik və yaraların sağalma müddətini qısalda bilər.
-
Ayaq və bədən kimi sərtləşmiş bölgələri yumşaldır.
-
Saç dərisinə də faydalıdır.
-
Saç diblərini təmizləyir, nəfəs almasını təmin edir.
-
Saç tökülməsinin qarşısını ala və saçların sağlam uzanmasına dəstək ola bilər.
Aloe vera sabunu necə istifadə olunur?
Əgər artıq aloe vera sabunu almısınızsa və necə istifadə olunacağını bilmək istəyirsinizsə, aşağıdakı təlimatlara baxa bilərsiniz:
Üz və bədən üçün istifadə:
İstifadə edəcəyiniz nahiyəni ilıq su ilə isladın. Sabunu isladıb əlinizdə köpürün. Əldə etdiyiniz köpüyü dairəvi hərəkətlərlə masaj edərək dərinizə tətbiq edin. 1-2 dəqiqə sonra bol su ilə durulayın.
Bədən baxımında:
Duşda istifadə edə bilərsiniz. Dərini isladın, sabunu köpürtdükdən sonra bədəninizə tətbiq edin.
Saç baxımında:
Saçlarınızı isladın, sabunu köpürün və saç diblərinizdən başlayaraq tətbiq edin. Bir neçə dəqiqə masaj etdikdən sonra bol su ilə durulayın. Həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz. Artıq istifadədən qaçın.
Saxlanma:
İstifadədən sonra sabunu quru və sərin yerdə saxlayın.
Aloe vera sabununun zərərləri nələrdir?
Aloe vera sabununun yalnız faydalı olduğunu demək düzgün olmaz. Aşağıdakı yan təsirləri nəzərə almalısınız:
-
Sabunun tərkibindəki digər maddələrə qarşı allergiyanız olmadığından əmin olun.
-
Allergik reaksiyalar – qızartı, qaşıntı, səpki və yanma yarada bilər.
-
Bəzi sabunlar kimi quruluq yarada bilər.
-
Gözlə təmasdan uzaq saxlayın. Əgər gözlə təmas olarsa, dərhal su ilə yuyun və narahatlıq davam edərsə, həkimə müraciət edin.
-
Açıq yaralarda istifadə edilməməlidir.
-
Hamiləlik dövründə həkimlə məsləhətləşmədən istifadə etməyin.
-
Aşırı və uzunmüddətli istifadədən çəkinin – dəridə yağ balansının pozulmasına səbəb ola bilər.
Fidan
Qlobal.net