Əvəlik otunun inanılmaz faydaları
Əvəlik otunun inanılmaz faydaları
Xalq arasında əvəlik otu kimi tanınan labada, təəssüf ki, az tanınan, amma dəyərli bitkilərdən biridir.
Qlobal.net bildirir ki, dəyərli deməyimizin səbəbi isə onun həm bədənə faydalı olması, həm də müxtəlif formalarda mətbəximizə dad qatmasıdır. Məsələn, çox rahatlıqla salatı hazırlanır, dolması isə mis kimi ətir verir…
Bu halda bizə düşən, vaxt itirmədən onu yaxından tanımaq, “Labada nədir, hansı faydaları var?” suallarına cavab tapmaqdır. Həmçinin, “Labada necə bişirilir, necə istehlak olunur?” suallarını da cavabsız qoymaq olmaz.
Labada mövsümü də gəlmişkən, onu mətbəximizə dəvət etməyin tam zamanıdır.
Əvəlik nədir?
Labada, xalq arasında əsasən əvvəlik adı ilə tanınsa da, yabanı pazı, dəvəlik, əfəlik və ya əfəlek kimi də adlandırılır. Quzuqulağına və ispanağa bənzədiyinə görə bəzən qarışdırılsa da, onun tünd yaşıl rəngli, geniş və yayvan yarpaqları fərqləndirilməsini asanlaşdırır.
Təbiətdə özbaşına yetişə bilən bu çoxillik bitki, xüsusi becərmə şərtləri tələb etmədiyindən ölkəmizin demək olar ki, hər yerində rast gəlinir. Xüsusilə suyu bol olan çəmənliklərdə, çay və çay kənarlarında çox görülür. Yaz aylarında yaşıl rəngini göstərməyə başlayan bu bitki, avqust ayına qədər toplanaraq təzə şəkildə istehlak edilə və ya qurudularaq saxlanıla bilər.
Əvəlikin faydaları nədir?
Labada, ispanaq qədər tanınmasa da, faydaları ilə hər mətbəxdə yer alması lazım olan bir bitkidir. Gəlin, bu faydaları birlikdə nəzərdən keçirək:
-
Labada antibakterial və antioksidant xüsusiyyətləri ilə immun sistemini gücləndirir.
-
Eyni xüsusiyyətləri sayəsində bədəndəki toksinlərin atılmasına kömək edir.
-
C vitamini ilə zəngin olduğuna görə qrip, soyuqdəymə kimi xəstəliklərin sağalmasını sürətləndirir.
-
İştah açıcı təsiri var, bu səbəblə iştahsızlıqdan əziyyət çəkən və ya kökəlmək istəyənlər üçün təbii dəstək sayılır.
-
Romatizma ağrılarının azalmasına kömək edir, təbii ağrıkəsici olaraq qəbul edilir.
-
Hemoroid problemi olanlara da faydalı olduğu deyilir.
-
Qadınlarda menstrual sancıların azalmasına kömək edir.
-
Qaynadılıb püre halına gətirildikdə və dəriyə xarici tətbiq olunduqda qaşınma, qızartı və ekzema kimi dəri problemlərinə qarşı istifadə olunur.
Əvəlik necə istifadə olunur?
Labadanın həm kökü, həm gövdəsi, həm də yarpaqları rahatlıqla istifadə edilə bilər. Ən təzə halda, yarpaqları ilə müxtəlif salatlar hazırlamaq olar. İstəsəniz, labadanı soğanla birlikdə tavada qovurub üzərinə yumurta qıraraq praktiki bir yemək edə bilərsiniz.
Bundan əlavə, labadanın dolmasını, sarmasını bişirə, başqa tərəvəzlərlə birlikdə zeytun yağlı yeməklər hazırlaya bilərsiniz. İçinə düyü əlavə edərək doyuruculuğunu artırmaq mümkündür. Soğan və sarımsaqla birlikdə qovurub üzərinə qatıq əlavə edərək borani tipli yemək də hazırlamaq olar.
Bitmir! Əgər tərəvəzləri birlikdə bişirməyi sevirsinizsə, labadanı ebəgüməci, hindiba kimi digər bitkilərlə birgə istifadə edə bilərsiniz.
İstəyirsinizsə, labadanın kök və yarpaqlarını dəmləyərək çayını da içə bilərsiniz. Gündə 1 stəkan içilməsi tövsiyə olunur. Nəfis!
Labadanın zərərləri və yan təsirləri varmı?
Labadanı yaxından tanıdıq, amma “Zərəri varmı?” sualı da ağıla gəlir. Xoş xəbər budur ki, ölçülü istifadə edildikdə ciddi bir yan təsiri yoxdur. Amma hər bir şeydə olduğu kimi burada da diqqətli olmaq vacibdir. Xüsusilə bu məqamlara diqqət yetirin:
-
Labada təbii şəraitdə yetişdiyi üçün onu toplayarkən zəhərli bitkilərlə qarışdırmamaq çox önəmlidir. Ona görə də satın alarkən etibarlı mənbədən almağa diqqət edin.
-
Əgər əvvəllər heç istifadə etməmisinizsə və allergiyalı bir bədəniniz varsa, həkimlə məsləhətləşmək tövsiyə olunur.
-
Xüsusi pəhriz saxlayırsınızsa, daimi dərman istifadə edirsinizsə və ya xroniki xəstəliyiniz varsa, həkimlə məsləhətləşmədən istifadə etməyin.
-
Son olaraq, hər bir qida və içki kimi labadanı da ölçülü istifadə etmək vacibdir, yadda saxlayın.
Fidan
Qlobal.net