Brejnevin ehtiraslı dodaq öpüşü – Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Brejnevin ehtiraslı dodaq öpüşü – Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

SSRİ tarixinin məşhur simalarından biri də Leonid Brejnev olub.

Qlobal.net bildirir ki, Brejnev sonradan kəlama çevrilən siyasi açıqlamalarından başqa güclü öpüşü ilə də yaddaşlarda qalıb. Çünki siyasi sahədə öpüşmək çox nadir hallarda baş verir. Bu gün oxuculara Brejnevin ən məşhur öpüşləri barədə faktları çatdırırıq.

0320 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

1970-ci illərdə SSRİ məkanında “üçqat Brejnev”in nə demək olduğunu bilməyən adam yox idi. Brejnev qarşı tərəfin sağ və sol yanaqlarını sonra isə dodağını öpürdü.

0512 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Leonid Brejnevin Çexoslavakiyanın Kommunist partiyasının baş katibi Qustav Qusakla öpüşü elə rezonans doğurmuşdu ki, çexlər bunu hələ də xatırlayırlar.

0612 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Bir dəfə Brejnev rumın lider Nikolay Çauşeskini öpməyə cəhd etdi. Amma Çauşeski çox iyrənən insan olduğu üçün bundan imtina etdi və bu ritualdan imtina edən ilk insan oldu.

0414 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

1971-ci ildə Brejnevin növbəti uğursuz öpüş cəhdi oldu. Bu dəfə o, Marqaret Tetçerlə görüşürdü. Amma dəmir ledi bu öpüşdən yan qaça bildi.

1973-cü ildə SSRİ-yə ABŞ-dan nümayəndə heyəti səfərə gəldi. Baş katibin çıxışından sonra əlində gül dəstəsi tutan gənc amerikalı qadın ona yaxınlaşdı. Brejnev isə onu tutaraq öpdü. Enni Hollman adlı xoreoqrafiya müəlliməsi bir saniyədə bütün dünyada məşhurlaşdı.

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Brejnev tərəfindən öpülən yeganə amerikalı prezidentdir.

Brejnevin İosip Broz Tito ilə öpüşü o qədər güclü olub ki, yuqoslav liderin dodağı zədələnib.

079 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

1968-ci ildə Yasir Ərəfat SSRİ-yə ilk səfərini etdi. Burada o, Mərkəzi Komitənin katibi ilə görüşdü. Fələstinli lider qısa müddət ərzində Kremlin etimadını qazandı, bunu Brejnevin öpüşü də sübut edir.

088 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Brejnevin İndira Qandi ilə ehtiraslı öpüşünün fotosu çəkilib və Qandinin adına olan muzeydə öz yerini tutub.

0170 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

1974-cü ildə SSRİ-yə ilk səfərini edən kubalı lider artıq Brejnevin qonaqlarını öpməsi barədə məlumatlı idi. Amma Kastro bilirdi ki, buna icazə versə, öz ölkəsində gülüş obyektinə çevriləcək. Fidel öpüşdən qaçmaq üçün orijinal bir yol tapdı. Təyyarədən enən Kastronun damağında tüstülənən siqar var idi və Brejnev onunla öpüşə bilmədi.

098 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

0227 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Leonid Brejnevin ən məşhur öpüşü ADR-in (Almaniya Demokratik Respublikası) rəhbəri Erix Honnekerlə olub.  Bu öpüş Berlin divarına rəssam Dmitri Vrubel tərəfindən həkk edilib. “Qardaş öpüşü” Berlin divarının yıxılmasının simvoluna çevrildi.

10162 Brejnevin ehtiraslı dodaq öpüşü - Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Related Articles

Bir cavab yazın

Back to top button