Xatirə İslam Azərbaycandan köçür
Müğənni Xatirə İslam Rusiyaya köçür.
Qlobal.net Bizim.media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində danışıb.
Xatirə bildirib ki, işləri ilə bağlı ara-sıra Azərbaycana da gələcək: “İnşallah ki, sentyabrdan bir neçə il müvəqqəti olaraq Moskvada yaşayacağıq. Çünki həyat yoldaşım Fəxrəddinin orada kursları olacaq. İşlərimə görə Azərbaycana da gələcəyəm”.