Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili – Onu ağladan nə idi?

Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili – Onu ağladan nə idi?

Mərhum aktyor Fərman Abdullayev (Şəkili) haqqında 10 maraqlı faktı təqdim edirik.

1. Fərman Abdulcabbar oğlu Abdullayev 4 noyabr 1954-cü ildə Şəkidə doğulub. Şəkili olduğundan ona Fərman Şəkili deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb. Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verilişindəki Şurum-Burum obrazı ilə tanıyıb, seviblər.

2. Klounada sənətini ilk dəfə o Azərbaycana gətirib. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam veriblər. Həmçinin pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvəllərində oynanılan “Dahi” adlı pantomim pyesin müəllifi olub.

17103631 1428448737229775 5485013516017699601 n 1636011734:640 Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili - Onu ağladan nə idi?

3. Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.

4. Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da, ona mükafatda nəzərdə tutulan məbləği vermirlər.

19059402 1733171836712505 6296549732669369600 n 1636011348:640 Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili - Onu ağladan nə idi?

5. Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan “Mışovul” filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən “Fransız”da da, “Yalan”da da, “Həm ziyarət həm ticarət”də də, lap elə “Sarı gəlin”də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.

6. Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin “Hophopnamə”sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.

17103418 1229994507068705 5254164118129170545 n 1636011430:640 Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili - Onu ağladan nə idi?

7. Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə iki-üç qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: “Neçə illik stajım var, batar axı.” Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.

10911282 1559634847637300 927346234567831694 o 1636011778:640 Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili - Onu ağladan nə idi?

8. Dini inancını xristianlıqda tapıb. Buna görə hətta yaxınları, tanışları tərəfindən qınanılıb. Amma o, öz inancından dönməyib.

9. Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser, ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. “Xoxan”, “Hənnas” kimi filmlərin müəlliflərindəndir.

12189533 10206865802698761 1173900436885739738 n 1636011801:640 Sağlığında yetərincə dəyərləndirilməyən, vaxtsız vəfat edən aktyor Fərman Şəkili - Onu ağladan nə idi?

10. Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Hövsan məzarlığında dəfn olunur. Aktyorun oğlu Elvin Abdullayev atasına olan laqeydlikdən də gileylənərək deyib: “Yalnız dostları, səhnə yoldaşları onunla maraqlandılar, bu günlərdə də bizimlədilər. Nazirlikdən də maraqlanan olmadı. Bu laqeydlik bizə çox pis təsir etdi”. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: “…əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o “bitdi” demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb.” İradə xanım Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edir: “Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın.”

Related Articles

Bir cavab yazın

Back to top button