Azərbaycanda bu universitet bağlanır

Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.
Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.
Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə söhbətlərin gəzməsindən onların da xəbəri var:
4058df768780c0d8665653974c9763e0vuqar jpg Azərbaycanda bu universitet bağlanır
Vüqar Ələkbərov
“Universitetlə bağlanması ilə bağlı söz-söhbətlər var. Hələlik bu barədə bizə rəsmi heç bir məlumat verilməyib”.  
Universitetin ilk rektoru İsmayıl Əliyev isə Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verməkdən yayınıb: 
71b81d608f76cd8877da2f740148286fismay l jpg Azərbaycanda bu universitet bağlanır
İsmayıl Əliyev
“Yol gedirəm, göydən yağış yağır”.
d63fb5088399a737952bb3955dc0e9c6meherem jpg Azərbaycanda bu universitet bağlanır
Məhərrəm Talıbov
Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib. Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib.

Related Articles

Bir cavab yazın

Back to top button