Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində – Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsaylı yol-nəqliyyat hadisələrindən biridir.

Belə ki, martın 15-dən əsaslı təmir işlərinin aparıldığı 8 Noyabr prospektində təhlükəsizlik tədbirlərinin yetərincə həyata keçirilməməsi səbəbindən bir neçə dəfə burada müxtəlif qəzalar baş verib. Xatırladaq ki, “Qafqazinfo” ərazidəki təhlükəli vəziyyətlə bağlı bir neçə gün əvvəl də məlumat yaymışdı.

Son hadisənin baş verdiyi ərazidə apardığımız müşahidələr zamanı da asfalt örtüyünün qaşınması, müxtəlif qazıntı işlərinin görülməsi və təhlükəsizliklə bağlı önləyici tədbirlərin görülməməsi məlum oldu. Maraqlıdır ki, gecə saatlarından başlayan qazıntı zamanı əldə etdiyimiz görüntülərdən aydın olur ki, ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Səhər isə yola çıxan sürücülər yeni sürprizlərlə qarşılaşıblar.  Əlbəttə, qəza səbəbi ilə bağlı qəti fikir deyə bilmərik. Amma yolun hazırkı vəziyyəti ortadadır və təmir-bərpa prosesi zamanı təhlükəsizlik tədbirlərinin kifayət qədər təmin edilmədiyi bu yol yenə də qəzalara səbəb ola bilər.

Qeyd edək ki, bu gün səhər saat 06:50 radələrində baş vermiş hadisədə Zığdan mərkəz istiqamətində hərəkət edən Aytən Səfərovanın sürdüyü “Hyundai” markalı avtomobil dönmə manevri həyata keçirən “Hyundai İX35” markalı digər avtomobilə çırpılıb. Zərbənin təsirindən həmin avtomobil aşıb və nəqliyyat vasitəsində olan sərnişin həyatını itirib. Aytən Səfərovanın sürdüyü avtomobil isə yolun kənarındakı “KİA”ya çırpılaraq dayanıb.

Aparıcı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

7ff0fd37 09c5 41f0 b864 44d1aebd73cc Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTO/VİDEO
806d72fa 0de3 48c8 ad11 3dbda05b01ce Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTO/VİDEO
86f405a8 6f49 467e a577 6152467fd1be Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTO/VİDEO
f939d50a 92c4 4007 9bcc 6b85a2173a1f Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTO/VİDEO
61ed38a8 8a9f 4f83 b169 916ae06af28f Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTO/VİDEO
7081909c 279e 4f43 b5ea 0efb941de1cb Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTO/VİDEO

Related Articles

Bir cavab yazın

Back to top button