Bakıda müğənni qadın qətlə yetirildi – Saxlanılan var (FOTOLAR)

Bakının Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.  
“Report”un əldə etdiyi məlumata görə, qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Yaqut Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. Anar Həşimov Yaqut Nərimanın başını kəsərək küçəyə atıb. Anar Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

975705465f82a1855d6e0916188a3f761639390153 023a65d9 da76 48f5 a83b b1d21b2b13e3 jpg Bakıda müğənni qadın qətlə yetirildi - Saxlanılan var (FOTOLAR)

6cef169eea97540a63f1e4c50a6937a51639390095 9337ee73 6f41 4ce1 9e96 4a9692eca524 jpg Bakıda müğənni qadın qətlə yetirildi - Saxlanılan var (FOTOLAR) 

b9db914054b830d3da672f0cc11df6a81639390111 c4e70acf 3a6c 43ce bd8a 0fc1337713aa jpg Bakıda müğənni qadın qətlə yetirildi - Saxlanılan var (FOTOLAR)

Related Articles

Bir cavab yazın

Back to top button