"Çox təəssüf ki, Leyla xanım dünən rəhmətə getdi. Mən onun
nəvəsi ilə danışdım. Leyla xanımın ögey qızının nəvəsi idi mənimlə
danışan. Ömrünün son illərində Almaniyanın Düsseldorf şəhərində
yaşayırdı. İki il idi ki, xəstə idi. Son aylarda isə ağır alzaymır
xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanada qalırdı deyilənə görə.
Almaniyada tək yaşayırdı, sığınacaq almışdı. Ailəsi ilə problemləri var
idi, ondan imtina etmişdilər. Bunu ömrünün son gününə qədər sirr
saxlayıb, heç kimə bildirməyib"
Qlobal.net bildirir
ki, bunu moderator.az-a açıqlamasında "Təbriz mahnıları" səhifəsinin
rəhbəri, Təbrizdə yaşayan Əmirəli Qızıllı deyib. O daha sonra xalq
artisti Leyla Şərifova ilə bağlı xatirələrini bölüşüb.
"Kommunizm mühitində böyüyüb boya-başa çatmışdı. Birinci həyat yoldaşı
dünyasını dəyişəndən sonra onun qarşısına məqsəd qoyurlar ki, Bakını
tərk etsin. Ondan sonra ağır xəstələnir, depressiyaya düşür. İrana,
Məşədə gəlir və orada yaşayır. İkinci həyat yoldaşı Leyla xanımı İrandan
Tacikistana qaçırdır. Çünki İranda şah dövrü idi, onun zülmündən hamı
qaçırdı. Bakını çox sevirdi. Hətta danışığımızda hər zaman böyük fəxrlə
və qürur hissi ilə deyirdi ki, mən Bakılıyam. Hamı nədənsə onu Tacik
yaxud İranlı bilirdi. Atası izmirli, anası isə azərbaycanlı idi. Leyla
xanım Bakıda doğulub, boya-başa çatıb. 1970-ci illərdə Leyla xanım
Tacikistandan yenidən Azərbaycana qayıdır. Lakin ona meydan verilmir.
Deyirdilər ki, xüsusilə də Zeynəb Xanlarova onun sənətdə qarşısını
kəsib, mane olub. Ona görə də Leyla xanım Tacik və İran müğənnisi kimi
tanınıb. Almaniyada yaşayan tacik və iranlılar onu farslaşdırmağa
çalışıblar, Leyla Şərifovanın onlara aid olduğunu bildiriblər. Leyla
xanım farsca yaxşı bilirdi. Flora Kərimova, Rübabə Muradova ilə yaxın
rəfiqə olduğunu deyirdi. Leyla Şərifova Almaniyada yaratdığı "Gülşən"
mahnı ansamblına rəhbərlik edib. 2011-ci ildə Tacikistan prezidenti
Emoməli Rahman Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla
Şərifova da olub" deyə müsahibimiz bildirib.