Qlobal.net xəbər verir ki, O, AZXEBER.COM-a açıqlamasında qalib olması haqda danışıb: "Biletləri alıb evə getdim. Yoxlayanda gördüm ki, qalib olmuşam. Evdəkilərə dedim inanmadılar. Sonra qalib olduğum təsdiqləndi. Pulun 10 min manatını YAŞAT Fonduna, 10 min manatını qardaş ölkə Türkiyəyə, 10 min manatını isə Heydər Əliyev Fonduna köçürmək istəyirəm. Kəndimizdə məscid var, onun təmirinə pul ayırmaq istəyirəm. Mən işimə davam edəcəyəm, məni oradan uzaqlaşdırana qədər orada işləyəcəyəm. İşimə fəhlə kimi başlamışam”, - deyə o bildirib.
Həmçinin o bildirib ki, pulu qazandıqdan sonra qohum-əqrəbaları çoxalıb: "Pulu qazandıqdan sonra mən dəyişməmişəm. Ətrafım da dəyişməyib, amma qohum-əqrəbalarımın sayı artıb. Özümü yuxuda hiss edirəm. 2023-cü il mənə düşərli oldu. Bu il həm 50 yaşım oldu, həm evliliyimin yubileyidir. Yuxuda görmüşdüm ki, 900 min udmuşam, amma bir milyon deyildi deyə deyinirdim, yuxum çin oldu”.