Maraqlı

90-dan çox ölkədə böyük maraqla izlənən “Klon” serialı haqda bilmədikləriniz

“Klon” serialı bir zamanlar Azərbaycan da daxil olmaqla 90-dan çox ölkədə böyük maraqla izlənilib.

Qlobal.net bildirir ki,  bu serialdan sonra Şərq geyim və rəqsləri bütün dünyada qadınlar arasında dəb halına düşmüşdü.
Serialda “Hade” rolunu canlandıran braziliyalı aktrisa Ciovanna Antonelli ilk uğurunu 2000-ci ildə çəkildiyi “Laçoslar ailəsi” serialında qazanıb. O, ifa etdiyi rola görə beş mükafatlandırma mərasimində “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Aktrisaya ən böyük uğuru isə “Klon” serialı gətirib.O, 2001-ci ildə çəkilişləri başlayan serialdakı obrazına görə səkkiz mükafat qazanıb.

Ciovanna ürəyini 2002-ci ildə “Klon”un “Lukas”ı, aktyor Murilio Benesioya verir. Onların üç il davam edən münasibətlərindən isə 2005-ci ilin mayında bir oğlu dünyaya gəlir.

Elə həmin ilin noyabr ayında isə “Lukas” və “Hade” münasibətlərinə son qoyur.

Murilio Benesio Ciovannadan ayrılandan sonra “Klon” serialında “Mel” obrazını canlandıran Melissa Ferraz ilə ailə qurub.

Ssenari müəllifi və aktyorlar müsəlmanların həyat tərzini necə öyrənir? Serialın çəkilişləri zamanı hansı problemlər yaşanır?  Serialın qəhrəmanlarının illər sonrakı taleyi haqda videoda:

Related Articles

Bir cavab yazın

Back to top button