Samsunun Çarşamba rayonunda 9 yaşlı uşağın idarə etdiyi avtomobil ilə yük maşınının toqquşması nəticəsində 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.
Qlobal.net xəbər verir ki, qəza saat 18:00 radələrində baş verib. Çarşamba rayonunun Ümid məhəlləsi 615-ci küçəsindən Ayvacıq yolu istiqamətində hərəkət edən, F.Ö. tərəfindən idarə olunan 06 COB 58 dövlət nömrə nişanlı yük maşını, bir toy salonunun avtodayanacağından nəzarətsiz şəkildə çıxan, 9 yaşlı uşağın idarə etdiyi 55 AV 957 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində avtomobili idarə edən uşaqla yanaşı, avtomobildə olan O.A. (35), E.A. (7), D.A. (35) və B.A. (1) yaralanıb. Yaralılar hadisə yerinə gələn 112 təcili yardım briqadası tərəfindən Çarşamba Dövlət Xəstəxanasına aparılıb və müalicə altına alınıb.
Vəziyyəti ağır olan avtomobilin sürücüsü uşaq, O.A. və E.A.-nın həyati təhlükəsinin olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir. (milli.az)