Binəqədidə 9 nəfərin öldüyü mebel sexi bu məşhur iş adamının imiş - FOTO
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.
Qaynarinfo-nun əldə etdiyi ekskluziv məlumata görə, sözügedən mebel
sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim
İbrahimovun qardaşlarına məxsusdur.
Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində
yeləşərir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA
Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.
Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı
üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da
dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər
tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi
tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət
alıb.