Kolumbiyada it doqquzuncu mərtəbədən yıxılıb, sağ qalıb və heç bir xəsarət almayıb.
Qlobal.net bildirir ki, hadisə Kali şəhərində baş verib. On ikinci mərtəbədə yaşayan ailə ev heyvanlarının yoxa çıxdığını aşkar edib. Onlar evi axtarsalar da, iti tapa bilməyiblər və pəncərələri yoxlamağa qərar veriblər. Ev sahibləri üçmərtəbəli binanın damında bir dəlik görüb. Binokl vasitəsilə dəlikdən içəri baxaraq itin həmin binanın içərisinə düşdüyünü müəyyən ediblər.
Qonşu bina istifadəsiz olduğu üçün kolumbiyalılara içəri girmək üçün polis və yanğınsöndürənləri çağırmaq lazım gəlib. Təəccüblü olsa da, it yalnız sağ qalmayıb, həm də heç bir xəsarət almayıb. Buna baxmayaraq, onu baytara aparıblar.
İtin sahibləri hesab edir ki, iti binanın metal damının elastikliyi və onun qalın, sıx tüklü dərisi xilas edib. Baytar hələ də bu şanslı şpitsi müşahidə edir, lakin ilkin olaraq, onun tamamilə sağlam olduğu görünür.
Fidan
Qlobal.net