88 yaşlı kişi gəlinini buna görə öldürüb - YENİ DETALLAR
Dünən səhər saatlarında 88 yaşlı Yaşar Dadaşovun yaşadığı Mərdəkan
qəsəbəsində gəlini Gülnarə Dadaşovanı qətlə yetirməsi ilə bağlı bəzi
detallar üzə çıxıb.
Qlobal.net “Qafqazinfo”ya
istinadən xəbər verir ki, Y.Dadaşov ilkin ifadəsində oğlunun 57 yaşlı
həyat yoldaşını ailə münaqişəsi zəminində qətlə yetirdiyini deyib.
O,
gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib.
Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini
düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə
düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək
qətlə yetirib.
Bundan sonra Yaşar Dadaşov sirkə
turşusu içərək intihara cəhd edib. Lakin tibbi yardım göstərildikdən
sonra 88 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.