637b45d05a08a202211223304
87 dəfə evlənən kişi 86-cı arvadı ilə yenidən ailə qurur

İndoneziyanın Mayalenqka şəhərindən olan fermer 87 dəfə fərqli qadınlarla evlənib və keçmiş arvadlarından biri ilə yenidən evlənmək qərarına gəlib. 

Qlobal.net bildirir ki, bu barədə "Malay Mail" məlumat yayıb. 

Kaan kimi tanınan 61 yaşlı kişi 88-ci gəlininin 86-cı keçmiş həyat yoldaşı olduğunu bildirib. Evlilik macəralarına görə "Playboy King" ləqəbini alan kişi qadının ona qayıtmaq qərarına müqavimət göstərə bilmədiyini açıqlayıb. 

İndoneziyalı bildirib ki, ilk dəfə evlilikləri cəmi bir ay davam etsə də, gəlin hələ də ona aşiqdir. "Çoxdan ayrılsaq da, aramızda olan sevgi hələ də güclüdür", - fermer deyib. 

İlk dəfə kişi 14 yaşında evlənib. Həyat yoldaşı ondan iki yaş böyük olub. "Sonra mənim pis münasibətimə görə arvadım iki illik evlilikdən sonra boşanma tələb etdi", - o deyib. Kişi, arvadın niyə boşanmaq üçün müraciət etdiyini açıqlamayıb.

"Mən qadınları incitmək istəmirəm. Mən onların emosiyaları ilə oynamaqdan imtina edirəm. Əxlaqsızlığa yol verməkdənsə, onlarla evlənməyi üstün tuturam", - deyə indoneziyalı vurğulayıb. 

Kaanın 87 evliliyində neçə uşağı olduğu bilinmir. (azmedia.az)

21.11.2022 13:32
277