682320742a06a202505253532

86 yaşlı milyarder 23 yaşlı gözəlçəyə necə aşiq oldu? - Stripriz klubda başlayan eşq və sərvət...

1991-ci ilin oktyabrında 86 yaşlı neft maqnatı Hovard Marşal Hyustondakı striptiz klubuna gedir və orada gündüz növbəsində işləyən bir qıza aşiq olur.

Qlobal.net bildirir ki, Hovardın sərvəti 1 milyard dollardan çox idi. Qadın isə 23 yaşlı model olmaq istəyən Anna Nikol Smit idi. Anna Texas ştatında sadə bir ailədə böyümüşdü. Gözəlliyi və özünəməxsus cazibəsi ilə diqqət çəkirdi.

Hovard Marshall II isə Anna Nikoldan düz 63 yaş böyük idi. 1905-ci ildə anadan olan Marşal ABŞ-ın ən zəngin adamlarından biri sayılırdı. O, “Koch Industries”də səhmləri ilə neft sənayesində böyük nüfuza malik idi.

Məlumata görə, striptiz klubda onlar ilk baxışdan bir-birlərinə vurulur. Elə ertəsi gün Marşal Smitə 1000 dollar nağd pul olan zərf verib və ona "İşə getmə. Heç vaxt işə qayıtmaq məcburiyyətində deyilsən" deyib. Qalanı isə tarixdir. Marşal Smitə bahalı hədiyyələr, o cümlədən qırmızı Mercedes kabriolet, vaxtilə Merilin Monroya məxsus olan bungalova giriş və 1 milyon dollar dəyərində zərgərlik məmulatları bağışlayır. Smit Playboy modeli kimi şöhrət qazandıqdan qısa müddət sonra cütlük 1994-cü ildə evlənir - lakin onların evlilik xoşbəxtliyi  cəmi 14 ay əvvəl davam edir. Milyarder vəfat edir.


Onların münasibəti sadəcə romantik bir əlaqə deyildi – bu, media üçün hazır sensasiya, insanlar üçün isə böyük bir sual işarəsi idi: Bu sevgi idimi, yoxsa sərvətə aparan yol?

Bu evlilik cəmiyyət tərəfindən tənqid və istehza ilə qarşılandı. Bir çoxları Annanı yalnız pula görə evlənməkdə ittiham edirdi, amma o, iddia edirdi ki, bu, “sevgi idi”.

Vəsiyyət mübahisəsi: milyonlarla dolların savaşı


Hovardın vəsiyyətində Annaya heç bir miras ayrılmamışdı. Bu, böyük hüquqi mübahisələrin başlanğıcı oldu. Anna Marşalın oğluna qarşı məhkəməyə baş vuraraq, ərinin ona sərvət vəd etdiyini və mirasdan pay istədiyini bildirdi.

Bu dava illərlə davam etdi və ABŞ Ali Məhkəməsinə qədər çatdı. Anna hüquqi baxımdan müəyyən qələbələr qazansa da, nə o, nə də Marşalın oğlu Pierce bu prosesin sonunu görə bildi. Hər ikisi məhkəmə qərarından əvvəl vəfat etdilər.

Anna Nikolun faciəli sonu

Şöhrət, pul və skandallar içində yaşayan Anna şəxsi həyatında dərin itkilər yaşadı. 2006-cı ildə oğlu Daniel narkotikdən vəfat etdi. Cəmi bir neçə ay sonra, 2007-ci ildə isə Anna özü də 39 yaşında, Floridada bir otel otağında ölü tapıldı. Rəsmi səbəb – dərmanların yüksək dozası idi.

Fidan
Qlobal.net

13.05.2025 14:35
show 15