qoca

85 yaşlı qadın öləndən 40 dəqiqə sonra dirildi və... - ŞOK HADİSƏ

Tailandda 85 yaşlı qadın öldüyü elan edildikdən 40 dəqiqə sonra dirilib. Qohumları onu dini mərasimə hazırlayarkən təqaüdçü oyanıb.

Qlobal.net xarici mediaya istinadla bildirir ki, hadisə 2025-ci il fevralın 5-də Buriram əyalətində baş verib. Axşam yaxınları evdə qadının meyitini tapıblar. Onlar qadının öldüyünü düşünüblər və onun ölümünü qeydə almaq üçün təcili xidmətlərə zəng vurublar.

Lakin 40 dəqiqə sonra qadın ayılıb. Nəvəsinin dediyinə görə, "diriləndən" sonra nənə özünü uşaq kimi aparıb - çoxlu şirniyyat yeməyə və onu qucağında gəzdirməyi tələb etməyə başlayıb.

Qohumları onun yaxşı karma sayəsində "o biri dünyadan qayıtdığına" inanırlar. Bundan əlavə, hadisədən sonra şükür mərasimlərini yerinə yetirmək üçün evə bir rahib çağırıblar. (lent.az)

12.02.2025 22:00
show 262