82 yaşlı Xalq artisti idman zalında - FOTO
Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində məşq edir.
Qlobal.net xəbər verir ki, bununla bağlı sosial şəbəkədə Azər Rza
adlı istifadəçi məlumat yayıb. O bildirib ki, zalda məşq edərkən 82
yaşlı sənətçini görüb. Yaşını öyrənəndə təəccübləndiyini bildirən
istifadəçi qeyd edib ki, onun bu yaşda həvəsi və forması qaydasındadır.
Məlumat üçün bildirək ki, Niyaməddin Musayev dəfələrlə efirlərdə
idmanla məşğul olduğunu açıqlayıb. O, hər axşam Dənizkənarı Milli Parkda
gəzərək formasını saxladığını bildirir. 82 yaşlı Xalq artisti hətta
efirlərdən birində yoqa hərəkətləri etməsi ilə diqqət çəkmişdi.