8 yaşlı qız toy gecəsi ÖLDÜ - Səbəbi dəhşətə gətirəcək
Yəməndə Rəvan adlı 8 yaşlı qız 40 yaşlı kişi ilə nikahının ilk gecəsində dünyasını dəyişib. Məlumatı Daily Mail yayıb.
Valideynləri qızı pul müqabilində özündən 5 dəfə böyük adama
satdıqlarından, erkən nikahın baş tutmasını təkid ediblər. Bunun üçün
onlar “bəy”dən bir neçə yüz dollar alıblar. Yəməndə bu qəbildən nikahlar
artıq ənənə halını alıb, ona görə də ailə nikaha özü razılıq verib.
Ölkədə belə hesab olunur ki, qız nə qədər tez ərə getsə, bir o qədər
başıaşağı və ərinə sadiq arvad olar, heç kim onu yoldan çıxara bilməz.
Rəvan toy gecəsi güclü qanaxmadan həyatını itirib.
Yəmənin hüquq müdafiəçiləri Rəvanın ölümündən sonra polisə müraciət
edərək, ərinin qatil qismində həbs olunması tələb ediblər. Qadın
hüquqları təşkilatının nümayəndələri isə sözügedən cinayətdə əlbir
olduqları üçün qızın valideynlərinin cəzalandırılmasını tələb ediblər.
Onların fikrincə, bu valideynlərin uşağa sahib olmağa haqqları yoxdur.
Qeyd edək ki, bu Yəməndə azyaşlı gəlinin ilk ölüm hadisəsi deyil. Ötən
il də çox erkən yaşda ərə gedən qız 12 yaşında uşaq dünyaya gətirən
zaman həyatını itirib.