Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğının kamera görüntüləri ortaya çıxıb.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Görüntülərdə "Grand Kartal" hotelində baş verən faciənin baş vermə anı əks olunub.
Həmçinin hadisənin yerli vaxtla 03:00-da başladığı, yanğınsöndürənlərin isə 04:40-da müdaxilə etdiyi də qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, yanğın nəticəsində 78 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Hadisə ilə bağlı 12 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və biznes meneceri Emir Aras həbs edilib.