63728e6a57f12202211225226
76 yaşlı kişi qardaşı arvadını baltaladı - Qardaşı infarkt keçirib öldü (VİDEO)

Kayseri vilayətində dəhşətli hadisə baş verib. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 76 yaşlı Ali Rıza Topçu mübahisə zamanı böyük qardaşı Abdullah Topçunun həyat yoldaşı Fatma Topçunu balta ilə öldürüb. Həyat yoldaşının öldüyünü görən Abdulla Topçu da infarkt keçirərək dünyasını dəyişib.

Bildirilir ki, səhər 11 radələrində Ali Rıza Topçu böyük qardaşı Abdullah Topçu və onun həyat yoldaşı Fatma Topçunun yaşadığı 2 mərtəbəli villaya gedib. 

Ali Rıza Topçu ilə qardaşı arvadı Fatma Topçu arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Ali Rıza Topçu əlindəki balta ilə F.Topçunun başına zərbə endirib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib. Cinayəti törətməkdə günahlandırılan şəxs saxlanılıb. 


14.11.2022 22:47
show 1402