Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı 9 nəfər saxlanılıb.
Qlobal.net Türkiyə mediasına istinadən xəbər verir ki, onlar arasında hotelin sahibi Halit Ergül də var.
Bundan əvvəl 4 nəfərin saxlanıldığı məlum idi.
Xatırladaq ki, yanğın nəticəsində 76 nəfər həlak olub. Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib.