666c6658651c8202406244840
700 bal toplayan Zərifənin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Qlobal.net-in məlumatına görə, illər sonra ilk dəfə imtahan verənlər arasında maksimum nəticə göstərən - 700 bal toplayan olub.
I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
700 bal toplayan Zərifənin fotosunu təqdim edirik:  


Ətraflı

Sosial mediada paylaş

Footer logoBütün hüquqlar qorunur - 2024
14.06.2024 19:48
show 412