6745b245751de202411243429

70 kq qızılla tutulan şəxs görün hansı generalın qardaşı oğludur

İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşe polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədov akademik Qərib Məmmədovun qardaşı deyil.

“Yeni Sabah” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdığına görə, Q. Məmmədov  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Cavanşir Məmmədovun qardaşı oğludur: “Qəhrəman Məmmədov babasının, yəni generalın atasının adını daşıyır. 

70 kiloqramla tutulan şəxs bu generalın qardaşı oğludur

Cavanşir Məmmədov Türkiyədə uzun müddətdir ki, biznes sahibidir, 2013-cü ildə 400 lirə (o zamankı kursla 200 min dollar) nizamnamə kapitalı ilə MARŞAL YAPI TURIZM INŞAAT EMLAK MÜŞAVIRLIYI SANAYI VE TICARET LIMITED və HUMNAC TICARET şirkətlərini qurub, tikintisi biznesi ilə məşğul olub.

Generalın təqaüdə çıxdıqdan sonra Fransada özünə biznes qurduğu haqda məlumatlar yayılsa da, xəbərlər özünü doğrultmayıb”.

27.11.2024 08:59
show 359