"Həyat yoldaşım oğlumuzun ölüm xəbərini aldığı andan özündə deyil. Sarsıntıdan xəstə düşüb. Hazırda həkim nəzarətindədir".
Bu sözləri 7 yaşlı Fəridin atası Eyvaz Bakarov News24.az-a açıqlamasında bildirib.
O,
8 yaşlı oğlu Ziyadın da hadisənin şahidi olduğunu bildirib: "Böyük
oğlum da baş verənləri gözü ilə görüb. Sarsıntıdan onun da danışığında
qüsur yaranıb. Ona görə də evdə Fəridin bütün əşyalarını
yığışdırmışıq. Anası, oğlum görüb daha da pisləşməsin. Ondan bizə yalnız
bircə oyuncağı, bir də bu çarpayısı yadigar qaldı".