"Anası səs-küy eşidib zala girmək istəyəndə az qalıb, onu da vursun" – 7 yaşlı Fəridin atası DANIŞDI
"Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən də,
dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı,
uşağıma əl qaldırısın..".Bu fikirləri News24.az-a açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib:
"Mehman
istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun
adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər
onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə
dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi
ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş
verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy
olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb
ki, anasına da əl qaldırsın. Deyib ki, "qız kimi böyütmə". Məşqdən sonra
Fərid çox halsız olub. Hətta uşaq altını isladıb".
Fəridin atası
video ilə bağlı da bəzi faktları da qeyd edib: "Video təmiz çəkilməyib,
amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır.
Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və
dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır,
vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı ora gətirəndə
halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm.
Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini
istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə
köməklik göstərilməsini xahiş edirəm".