645155b2b72c1202305232554

7 yaşlı Fəridin anası hadisə anından sonadək hər şeyi DANIŞDI - VİDEO

“Bircə ona pis oluram ki, uşağım o dünyaya ac getdi”.

Qlobal.net xəbər verir ki, bu sözləri Baku TV-nin “Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun anası Aynur Məlikova deyib.

O bildirib ki, oğluna məşqçisi Mehman Xəlilov tərəfindən idman zalında şiddət göstərilməsi videosunu sosial şəbəkədə görüb.

Mərhum azyaşlının anası onu da qeyd edib ki, oğlunun nəşinin tabutda aparıldığını öz gözləri ilə görüb:

“Morqa getdim, ama nə əlim uşağıma dəydi, nə də kəfənini gördüm”.

7 yaşlı Fəridin anası övladının ölümünə səbəb olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istəyir:

“Ona haqq qazandıranlara haqqımı halal etməyəcəyəm”.

Ətraflı verilişi təqdim edirik:

02.05.2023 22:25
show 8911