Xəbər verdiyimiz kimi, ötən gecə 3 polis əməkdaşı yol qəzasında, 4-ü isə minaya düşərək həlak olub.
Lent.az minaya düşən polis əməkdaşları ilə bağlı təfərrüatları əldə edib.
Məlum olub ki, ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi əraziyə gedən polis əməkdaşları - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olublar.
Qeyd edək ki, Füzuli rayonu ərazisində DİN-in yük avtomobilinin aşması nəticəsində üç polis əməkdaşı hadisə yerində həyatını itirib, 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.