Müğənni Zamiq Hüseynovun toy məclislərindən aldığı yüksək qonorardan söz açıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Zarafat bir yana" verilişində danışıb.
Sözügedən proqramda tamaşaçılardan biri "Bu yaxınlarda toylarla bağlı sorğu keçirildi. Orada bir çox müğənnilərin toy qiymətləri vardı. Siz ansamblla toya 10 min manata gedirsiniz. 2 min manat ansamblla toyu başdan sona kimi necə idarə edirsiniz ki, sizin qiymətiniz 10 min manatdır?" Zamiqə sual ünvanlayıb.
Hüseynovun cavabı belə olub: "Mən indi özümü durub necə tərifləyim? 2 min manatla 10 min manatın fərqi varsa, tərifləyək ki, tərif o 10 minə gəlsin çıxsın. Siz əgər mənim apardığım toyda iştirak etsəniz deyərsiniz ki, sizin üçün 10 min manat azdır. Ən azı deyəcəksiniz ki, 40-50 min manat al. Çünki verilən o məhsulun keyfiyyətini görəndən sonra deyəcəksiniz ki, 10 min manat azdır.
Mən başa düşmürəm sizi mənim aldığım 10 min manat qonorarın içində olan 8 min manat narahat edir, yoxsa mənim orada göstərdiyim performans? 7 min manat mənim tək musiqi heyətimin qonorarıdır. Mənim özümə təkcə oradan 3 min manat qalır. Bizim musiqi aparatımızın qiyməti çox bahadır. Təsəvvür edin də mən nə demək istədim".