7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan TAPILDI
Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.
Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi
rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları
tərəfindən küçədən təxliyə olunub.
Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında,
eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji
ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit
diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin Sabunçu şöbəsinə təhvil verilib. Çingiz Aslanovun nəşi
Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, onun cənazəsini
təhvil alan yoxdur.
Xalq artistinin mərhum oğlunun nəşinə sahib çıxan və dəfn etmək istəyən könüllü tapılıb.
Bizim.Media-ya bu barədə müraciət edən Türkan İctimai
Baxışa Nəzarət Təşkilatının mətbuat katibi Vüqar Əmirov Çingiz Aslanovu
müsəlman adəti və üsulu ilə dəfn etmək istədiyini bildirib.
Bizim.Media vasitəsilə əlaqədar qurumlara səslənən Vüqar Əmirov öz hesabına mərhumu Türkan qəbirstanlığında torpağa tapşırmaq istəyir: “Türkan bələdiyyə sədri Böyükağa Əliyevə də müraciət etdim. O, da
təşəbbüsümü bəyəndi və dəstək göstərəcəyini qeyd etdi. Mən Xalq
artisinin oğlunun kimsəsizlər qəbirstanlığında dəfn edilməsini
istəmirəm. Onun atası illərini və ömrünü bu xalq üçün fəda edib. Siyavuş
Aslan xalqın adını daşıyır. Biz də xalqın övladıyıq. Lazım olarsa Hacı
Ağa Abdullayevin yanında və ya istənilən yerdə onu dəfn etməyə hazıram.
Narkoman, alkaş, yaxud tufeyli olsa da, o, bir insandır və haqq
dünyasındadır.
Mən ona sahib dururam və gücüm çatan qədər nə lazımdırsa etməyə
hazıram. Siyavuş Aslan sağ olarkən onun ətrafında olan insanlar qaçıb
gizlənib. Çingiz Aslanov hər kim olsa da, bu gün Xalq artistinin adın
daşıyır. Hesab edirəm ki, xalq olaraq onu müsəlman adət-ənənəsinə uyğun
olaraq dəfn etmək lazımdır”, - deyə Vüqar Əmirov bildirib.
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun
küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov
2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə
yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.