silah
67 yaşlı kişidən QANDONDURAN CİNAYƏT: 4 nəfəri güllələdi, cəsədlərini parçaladı, sonra da...

ABŞ-da 67 yaşlı yerli sakin 4 kişini güllələyərək öldürüb, sonra isə onların cəsədlərini parçalayıb və qalıqlarını çaya atıb.

“Repor” xəbər verir ki, bu barədə “True Crime Daily” məlumat yayıb.

Hadisə 2022-ci ilin oktyabrında Oklahoma ştatında baş verib. Belə ki, hüquq-mühafizə orqanlarına itkin düşən dörd nəfərin qohumları müraciət ediblər.

Üç gün sonra polis həmin şəxslərin meyitinin hissələrini çayda tapıb. Müəyyən edilib ki, dostlar yerli sakinin zibilxanasından əşyalar oğurlayıblar.

Buna görə qəzəblənən şəxs onları güllələyib. Bundan sonra meyitləri hissələrə parçalayıb və qalıqlarını çaya atıb. Qatil həbs edilib, onun evindən ölən şəxslərin əşyaları aşkar edilib.

Amerikada təqaüdçü 4 nəfəri güllələyib və cəsədlərini parçalayıb

11.12.2022 13:07
show 725