Şou-biznes

64 yaşında evlilik proqramına çıxdı, evli kişi ilə 7 il eşq yaşadı

İnstitut illərində əmisi oğlu Rafaellə bir-birlərini sevirlər. Ancaq onların ailə qurmasına nə Sədaqətin atası Süleyman kişi, nə də əmisi Məlik Dadaşov razı olur. Səbəb isə həm Rafael Dadaşovun, həm də Sədaqətin həddindən artıq ərköyün və inadkar olması olur. Ancaq onlar heç kimi dinləməyib ailə qururlar.

Qlobal.net xəbər verir ki, bu evlilikdən onların Emil, Leyla və Səidə adlı övladları doğulur. Həmin ərəfədə aktrisa Rafael Dadaşovla birgə “Polkovnik Şaber”, “Səni axtarıram” tamaşasına çəkilir.

1987-ci ildə ekranlaşdırılan “Yaşıl eynəkli adam” televiziya tamaşasında isə aktrisa Yaşar Nuri ilə tərəf müqabili olur. Ona ən böyük uğuru da həmin tamaşadakı Kazımın arvadı rolu və “Kazım, bay-bay istəmirsən?” replikası gətirir.

Bu tamaşadan sonra aktrisa ekranlardan və səhnədən uzaqlaşır. Bir müddət keçəndən sonra Sədaqət xanımla Rafael bəy arasında söz-söhbət yaranır. Bir-biri ilə yola getməyən cütlüyün ailə münasibəti hamını narahat edir. Daha sonra isə Sədaqət Dadaşova həyat yoldaşından ayrılır.

Sədaqət xanım başqa bəylə ailə həyatı qurur. Cütlük boşandıqdan sonra Rafael Dadaşov övladlarının tərbiyəsi və baxımı ilə özü məşğul olur, ikinci dəfə isə heç vaxt ailə qurmur. Həqiqi sevgi insanın həyatında bir dəfə olur. Mənim də bir sevgim olub, sonuna qədər də bu sevgiyə sadiq qalmışam” sözlərini deyir.

Aktyorun yaxın dostu müğənni Faytonçu Nazim Xalq artisti Rafael Dadaşovu müsahibələrinin birində belə xatırlayır: “Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət şeirləri yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi”.

Ətraflı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button