Maraqlı

63 yaşlı prezidentin ağlını başından alan gözəlçə – O necə nazir oldu?

Prezidentlərin sevgi macəraları yaşadıqları xanımlar adətən gözəl aktrisalar, jurnalistlər, idmançılar,  yaxud digər peşə sahibləri olurlar.

Qlobal.net bildirir ki, vaxtilə Rumıniya prezidenti olmuş Trayan Besesku bu seçimində fərqlənir. 

Besesku turizm naziri Elena Udrea ilə gizli eşq yaşayırdı.

Elenanın sürətlə, həm də asanlıqla nazir vəzifəsinə qədər yüksəlməsinin arxasında da bu sevginin ciddi təsirinin olduğu söylənilir.

Bu ölkənin rəhbərinin könlünü gözəl bir nazir fəth edibmiş. Təsadüfi deyil ki, Rumıniya prezidentini Avropanın eşqbazı adlandırırdılar.

Məsləhətçilikdən nazir vəzifəsinə…

Ölkənin ən çox satılan qəzetlərindən “ Libertatea”  prezident Trayan Beseskunun məsləhətçisi işləyəndən sonra turizm naziri təyin olunan Elana Udrea ilə eşq yaşadığını iddia etmişdi. 

Qəzet hətta  bu iddianı o qədər irəli aparıb ki, 63 yaşındakı ölkə başçısının ailəsinin yaşadığı kəndə gedərək, əmisi və qohumlarına “Beseskunun yeni sevgilisi” haqqında nə düşündüklərini belə soruşmuşdu.

Keçmiş bir vəkil olan və 2004-cü ildə yerli seçkilərdə siyasətə atılan Udrea, siyasət pillələrini sürətlə qalxaraq əvvəlcə dövlət başçısının məsləhətçi, millət vəkili və son olaraq da nazir olub. 

Rumıniya  mətbuatının yazdığına görə, bu sürətli yüksəlişin arxasında Beseskunun dəstəyi olub.

Dekolte paltarları, mətbuatın qarşısındakı rahat rəftarları və jurnallara verdiyi pozalarla tanınan Udrea Rumıniya prezidentinin Avropa Parlamentindəki müstəqil millət vəkili olan qızının da yaxın rəfiqələrindən biri idi. 

Elana Besescu “Atanızın eşq dedi-qodusu haqqında nələr düşünürsünüz” sualına “Atamın çox yaxın dostu və iş yoldaşıdır. Aralarındakı əlaqə tamamilə professional”, – deyə cavab vermişdi.  

Elana Udrea təkcə prezidentlə eşq macərasına görə deyil, şəxsi keyfiyyətləri ilə də tez-tez qalmaqallı hadisələrin episentrində olub. 

Related Articles

Bir cavab yazın

Back to top button