həbs
30.09.2022
16:41
331

61 yaşlı kişi uşaqları zorladı, sonra da öldürdü

Rusiyada, Orel vilayətində məhkəmə üç uşaq və 32 yaşlı qadının ölümündə təqsirləndirilən 61 yaşlı silsilə qatil Şavkat Şayaxmedovun işinə baxacaq.

Qlobal.net milli.az-a istinadla bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Kişi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddənin 2-ci hissəsinin "a, v, k" bəndləri ("Qətl"), 131-ci maddənin 1-ci hissəsi ("Zorlama") və 132-ci maddənin 3,4-cü hissələri ("Seksual xarakterli zorakılıq hərəkətləri") ilə ittiham olunur.

Məlumata görə, 2021-ci ilin yayında Şayahmedov doqquz yaşlı Viktoriya Qnedovanı öldürüb. Qızı bir neçə ay axtarıblar və yalnız polis onun itkin düşməsində müttəhimin əli olduğunu sübut edə bildikdə tapılıb. Daha sonra kişi meyiti zərərçəkmişlə birlikdə yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib.

İstintaqın məlumatına görə, 2000-ci ilin aprelində, 2003-cü ilin sentyabrında və 2005-ci ilin iyulunda Şayahmedov daha üç yerli sakini - 6 və 11 yaşlı oğlanları, həmçinin 32 yaşlı qadını qətlə yetirib. Təqsirləndirilən şəxs qadını və 6 yaşlı uşağı tanımayıb, 11 yaşlı oğlan isə qonşu evdə yaşayıb. Adam üçünü də boğub, günahını etiraf edib. Bundan əlavə, kişi uşaqlara qarşı cinsi istismar epizodlarını da etiraf edib.