Təbii antibiotik və ya ölümsüzlüyün sirri adlandırılan sarımsaq, bu sözlərin haqqını verir deyə bilərikmi?
Tərkibindəki çoxsaylı faydalı vitaminlər, minerallar və digər qidalandırıcı maddələr sayəsində immun sistemini gücləndirməsindən tutmuş xəstəlikləri sürətlə sağaltmağa, saç sağlamlığını dəstəkləməsindən diyetlərin əvəzolunmaz hissəsinə çevrilməsinə qədər sarımsağın faydaları saysız-hesabsızdır. Hətta bəzi araşdırmalara görə, qadınları təsirləndirməyin yolu gündə 2 diş sarımsaq yeməkdən keçir.
Bəs bu qədər faydası olan sarımsaq bədənə daxil olduqdan sonrakı ilk 24 saat ərzində nələr edir? Gəlin, sözü uzatmadan gündə 6 diş qovrulmuş sarımsaq yedikdə ertəsi günə qədər baş verənləri birlikdə öyrənək.
Qovrulmuş sarımsaqları yedikdən sonra təxminən 1 saat ərzində bədəniniz həzmə fokuslanır və mədə 6 diş sarımsağı parçalamağa başlayır. Bu, sarımsağın bədən üçün faydalı və sorula bilən hala gəlməsi deməkdir.
Bu müddətdə sarımsağın antioksidant xüsusiyyətləri işə düşür. Bədən, xəstəliklərin əsas səbəblərindən biri olan sərbəst radikallara qarşı savaşmağa başlayır. Sarımsaq o qədər güclüdür ki, hətta xərçəng hüceyrələrinə qarşı belə müqavimət göstərir.
Bu mərhələdə sarımsağın bədənə faydaları daha da nəzərə çarpır. Qan təzyiqi və xolesterol kimi səviyyələr tənzimlənir, bədəndə artıq su atılır və yağların yanmasına başlanır.
Sarımsaq bədəndəki zərərli bakteriyalarla mübarizəyə başlayır. Bu onun təbii antibiotik kimi fəaliyyət göstərməsini sübut edir.
Sarımsağın faydalı maddələri hüceyrə səviyyəsində fəaliyyət göstərməyə başlayır. Hüceyrələrin və toxumaların oksidləşməsi riski azalır. Bu, sirozdan tutmuş xərçəngə, şəkər xəstəliyindən böyrək iltihabına qədər bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərir.
Sarımsaq bu mərhələdə daha da böyük faydalar göstərir:
Damarlar təmizlənir, ürək-damar sistemi güclənir.
Qan təzyiqi və xolesterol balanslaşır.
Bədənə daxil olan ağır metallar atılır.
Yorğunluq hissi azalır.
İmmunitet sistemi möhkəmlənir.
Sümük sağlamlığı dəstəklənir.
Sağlam hüceyrələrin ömrü uzanır.
Bir baş sarımsağın üst hissəsini bıçaqla kəsin. Sonra bütöv şəkildə sobaya qoyun. Üzəri qızarıb içi yumşalana qədər bişirin. Soyuduqdan sonra 6 dişini ayırıb yeyə bilərsiniz.
Vacib Qeyd: Bütün bu faydaları əldə etmək üçün həmin gün ərzində yediyiniz digər qidalara da diqqət edin. Sarımsağı yedikdən sonra bol su için, təravətli meyvə və tərəvəzlərlə qidalanın. Əsas yeməklər yüngül və asan həzm olunan, zülal baxımından zəngin olsun. Rafinə (emal olunmuş) şəkər və qidalardan uzaq durun.
Fidan
Qlobal.net