Qoroskop

6 dekabr 2025 üçün günlük ulduz falı

6 dekabr 2025 üçün günlük ulduz falını qlobal.net saytı sizə təqdim edir:

Qoç

Özünüzü həddindən artıq yüksək qiymətləndirməyin, yoxsa yanlış qərarlar verə bilərsiniz. Xərclərinizə nəzarət etmək faydalı olar. Bu gün bir çox Qoçlar ev işlərinə vaxt ayırmalı, nizam-intizam yaratmalı və artıq şeylərdən qurtulmalıdırlar. Dözümsüzlüyünüz yaxınlarınızla anlaşmanı çətinləşdirə bilər.

Günün sonunda əhvalınız düzələcək. Münasibətlərdə gərginlikləri aradan qaldırmaq və müsbət ruh halına köklənmək mümkün olacaq. Axşam qonaq qəbul etmək üçün uyğundur.


Buğa

Səhər saatlarında yaxşı əhval-ruhiyyə sizi müşayiət edəcək. Ailə üzvləri ilə vacib məsələlər barəsində anlaşmaq asan olacaq. Fikir və planlarınız dəstək görəcək. Bir çox Buğalar konsert, teatr və ya sərgi kimi məkanlara getməkdən məmnun qalacaqlar. Maraqlı insanlarla yadda qalan tanışlıqlar mümkündür və bəziləri uzunmüddətli dostluğa çevrilə bilər.

Günün ikinci yarısı bir qədər çətin keçə bilər. Hadisələr bəzən istədiyiniz kimi inkişaf etməyəcək, ancaq ruh yüksəkliyi və özünüzü idarə etmək bacarığı hər şeyin öhdəsindən gəlməyə imkan verəcək.


Əkizlər

Heç kimə tez bir zamanda güvənməyin. Xüsusilə də o insanlar ki, uzun müddətdir tanıyırsınız, amma dürüstlüyünü sübut etməyib. Sizi yanıltmaq istəyənlər ola bilər. Təcrübəli şəxslərlə məsləhətləşmək işinizə yarayacaq.

Günortadan sonra bir çox Əkizlər ev məsələləri ilə məşğul olacaqlar. Ailə üzvlərinin işinizə qarışması əsəbiləşdirə bilər, amma onlara dəqiq izah etsəniz, nəticə olaraq hər kəs razı qalacaq.


Xərçəng

Özünüzə güvənməyiniz sayəsində qarşılaşdığınız çətinliklərdən asanlıqla çıxacaqsınız. Uzun müddətdir üzərində düşündüyünüz problemləri həll etmək üçün uyğun zamandır. Gözlənilməz maliyyə gəlirləri də mümkündür. Bununla belə, fikir ayrılıqları yarana bilər — mübahisələrə girişməməyə çalışın.

Bəzi Xərçənglər planlarının hamısını həyata keçirə bilməyəcəklər. Günün ikinci yarısı səyahət üçün münasib deyil. Axşamı sakit ailə ab-havasında keçirmək daha yaxşıdır.


Şir

Emosiyalara nəzarət etməkdə çətinlik çəkə bilərsiniz. Günün birinci yarısında evlə bağlı işlər görmək daha yaxşıdır, ciddi planlarınızı sonraya saxlayın. Diqqətinizi toplamaq çətin olacaq, bu səbəbdən yeni biliklər üçün münasib vaxt deyil. Səs-küylü məkanlardan uzaq olun. Qohumlarla kiçik anlaşmazlıqlar yaransa da, tez bir zamanda aradan qaldıra biləcəksiniz.

Şirlər gün ərzində dincəlməyə və enerjisini bərpa etməyə ehtiyac duyacaqlar. Sakit fəaliyyətlər və yaxın insanlardan dəstək kömək edəcək.


Qız

Bu gün qarşıya qoyduğunuz işlərin çoxunda uğur qazanacaqsınız. Yaradıcılıq hissiniz güclənəcək, hətta adətən bu meyli olmayan Qızlarda belə yeni bacarıqlar ortaya çıxacaq. Bu, problemlərə qeyri-adi həll yolları tapmağa şərait yaradacaq. Tələsməsəniz, bir çox uğurlara nail ola bilərsiniz. Yeni ideyaların yaranması mümkündür. Maraqlı insanlarla tanış olmaq və ya iş münasibətlərinin fərqli istiqamətə yönəlməsi ehtimalı var.

Axşam saatlarında çətin işlərə başlamaq məsləhət deyil. Başladığınızı tamamlayıb bir az dincəlmək daha yaxşıdır.


Tərəzi

Günün ikinci yarısı ünsiyyət, görüşlər və qonaq qəbul etmək üçün ideal zamandır. Bu gün çox cazibədar görünəcək və yaxşı təəssürat yaradacaqsınız.

Yeni layihələrə başlamaq istəyi yarana bilər. Liderlik qabiliyyətiniz və qərarlılığınız uğur gətirəcək. Fürsətləri qaçırmayın — enerjiniz və xarizmanız ətrafınızdakı insanları sizə tərəf çəkəcək.


Əqrəb

Günün ilk hissəsində vacib məsələləri mümkün qədər təxirə salın. Emosiyalarınıza hakim olmaq və diqqəti cəmləmək çətin ola bilər. Bəzi Əqrəblər səbəbsiz narahatlıq hiss edə bilərlər. Bu hissləri paylaşmaq düzgün deyil — şəxsi zəifliklərdən sui-istifadə edənlər çıxa bilər.

Günün ikinci yarısında vəziyyət yaxşılaşacaq. Düşüncəniz aydınlaşacaq, münasibətlər qurmaq və planlarınızı həyata keçirmək daha asan olacaq.


Oxatan

Evdə birdən-birə həll olunmalı məsələlər yarana bilər. Qohumlarla kəskin mövzuları müzakirə etməyin — mübahisə riski var. Lakin müsbət düşünməyi bacaran Oxatanlar yaxınlarının dəstəyini qazana biləcəklər.

Axşam saatlarını sakit atmosferdə keçirmək daha məqsədəuyğundur. Gəzinti və ya tək qalmaq faydalı ola bilər.


Oğlaq

Günün əvvəlində vacib qərarlar verməyin. Hisslərinizi və fikirlərinizi toplamaq çətin ola bilər. Bir çox Oğlaqlar özünü gərgin hiss edə bilər. Yaxın insanların dəstəyi mühümdür, amma özünüzü toparlamaq üçün də səy göstərməlisiniz.

Günün ortalarından sonra daha balanslı və məhsuldar olacaqsınız. Yaşlı qohumların tövsiyələri sizin üçün dəyərli olacaq.


Dolça

Əhvalınıza nəzarət etsəniz, gün çox uğurlu keçəcək. Yaxınlarla münasibətdə sərt olmamağa çalışın. Sakit və düşünülmüş davranış səhvlərin qarşısını alacaq.

Bir çox Dolçalar yeni bilikləri asanlıqla mənimsəyəcəklər və bu biliklər gələcəkdə işlərinə yarayacaq. Faydalı tanışlıqlar yaranacaq, bəziləri uzunmüddətli əməkdaşlığın başlanğıcı ola bilər.


Balıq

Bu gün ünsiyyət və yeni tanışlıqlar üçün ideal gündür. Cazibədarlığınız sayəsində həm dostluq, həm də əməkdaşlıqla bağlı razılıqlar əldə edə biləcəksiniz. Balıqlar üçün yeni bilik və bacarıqlar qazanmaq üçün əlverişli gündür.

Axşam evlə bağlı işlərə vaxt ayırmaq lazım gələcək. Yaxınlarla kiçik anlaşılmazlıqlar yaşanmaması üçün sakit davranmanız tövsiyə olunur.

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button